Yeni ilin ilk günü hava necə olacaq? - Proqnoz
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-14° isti, Bakıda gecə 5-7° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80% olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin günün birinci yarısında Daşkəsən-Gədəbəy zonasında yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 9-14° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacaq.
Azvision.az
Teqlər: Hava