Sağlamlıq üçün təhlükəli 163 məhsul müəyyən edilib

Sağlamlıq üçün təhlükəli 163 məhsul müəyyən edilib
  31 Dekabr 2019    Oxunub:4313
Ötən ilin dekabrından etibarən Avropa İttifaqı (Aİ) ölkələrində sağlamlıq üçün təhlükə törədə biləcək 163 növ məhsul müəyyən edilib ki, bu da 2018-ci il ilə müqayisədə 46 dəfə azdır.
Azvision.az AzərTAc-a istinadən xəbər verir ki, bu məhsulların əksəriyyətində kimyəvi riskin mövcudluğu müəyyən olunub. Belə ki, qida məhsullarında müxtəlif zərərli maddələrin miqdarı nəzərdə tutulmuş normadan artıq omaqla yanaşı, qadağan edilmiş maddələr də aşkar edilib. Bəzi məhsullarda mikrobioloji çirklənmə və ya uyğun olmayan qablaşdırma, etiketdə məhsulların təhlükəsizliyi barədə yanlış məlumatlar qeydə alınıb.

Latviyada aidiyyati qurumu il ərzində istehlakçılar üçün təhlükəli olan beş məhsul barədə məlumat yayıb. Sağlamlıq üçün təhlükə törədən, qadağan edilmiş məhsulların siyahısına ABŞ istehsallı 46, Çin istehsallı 23 (aerozollar, kosmetika və yapışqan), Böyük Britaniyada istehsallı 15 və s. məhsullar daxildir.

Azvision.az


Teqlər:   Sağlamlıq  





Xəbər lenti