Dilbaz Atçılıq təsərrüfatı üçün yeni kompleks tikiləcək

  Dilbaz Atçılıq təsərrüfatı üçün yeni kompleks tikiləcək
  30 Dekabr 2019    Oxunub:2249
Prezident İlham Əliyev dekabrın 30-da “Ağstafa rayonunda Dilbaz Atçılıq təsərrüfatı üçün yeni kompleksin tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, Ağstafa rayonunda Dilbaz Atçılıq təsərrüfatı üçün yeni kompleksin tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.12.23-cü yarımbəndində göstərilmiş məbləğin 5 milyon 30 min manatı Kənd Təsərrüfatı Nazirliyinə ayrılıb.

Azvision.az



Teqlər: Prezident   Sərəncam  





Xəbər lenti