Cəbhəboyu zonada yeni hərbi hissənin açılışı olub - FOTOLAR+VİDEO

   Cəbhəboyu zonada yeni hərbi hissənin açılışı olub -    FOTOLAR+VİDEO
  30 Dekabr 2019    Oxunub:2997
Cəbhəboyu zonada səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yeni inşa edilmiş növbəti hərbi hissənin açılışında iştirak edib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, Müdafiə Nazirliyinin rəhbər heyəti yeni istifadəyə verilən hərbi hissədə olaraq əsgər yeməkxanasına, əsgər yataqxanasına, silah və ideoloji otaqlara, ərzaq, meyvə- tərəvəz anbarlarına baxış keçirib.



Bildirilib ki, yeni tikilən hərbi hissədə inzibati, xidməti və iş otaqları mərkəzləşdirilmiş istilik sistemi, işıq, su, qaz və kommunikasiya xətləri, soyuducular, lazımi mebel avadanlıqları ilə tam təmin olunub. Ətrafda abadlıq işləri aparılıb, müxtəlif növ ağaclar əkilib.



Burada yaradılan şəraitlə tanışlıqdan sonra Müdafiə naziri hərbi qulluqçuların xidməti və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görüləcək işlərlə bağlı müvafiq tapşırıqlar verib.



































Azvision.az


Teqlər: Cəbhə   Hərbihissə   MN  





Xəbər lenti