Nazirlər Kabinetindən ştatdankənar işçilərlə bağlı qərar

  Nazirlər Kabinetindən ştatdankənar işçilərlə bağlı qərar
  30 Dekabr 2019    Oxunub:4202
Nazirlər Kabineti “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında qərar qəbul edib.
Azvision.az xəbər verir ki, qərara əsasən, dövlət büdcəsindən maliyyələşən (o cümlədən, maliyyə yardımı alan) təşkilatların ştatdankənar işçiləri ilə əmək münasibətləri əvvəlki illərdə olduğu kimi, 01 yanvar 2020-ci ildən də müddətli əmək müqaviləsi və ya müddəti bəlli olan konkret layihələrin, proqramların yerinə yetirilməsi ilə bağlı isə mülki-hüquqi müqavilə əsasında rəsmiləşdirilə bilər.

Azvision.az



Teqlər: Nazirlər-Kabineti  





Xəbər lenti