34 nəfərə dövlət hesabına böyrək köçürülüb

   34 nəfərə dövlət hesabına böyrək köçürülüb
  30 Dekabr 2019    Oxunub:2136
Son illər səhiyyənin qarşısında duran ən çətin problemlərdən biri olan xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ müalicəsi artıq öz həllini tapıb.
Azvision.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin geniştərkibli kollegiya iclasında bildirilib.

Hazırda Respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 44 mərkəz 661 süni böyrək aparatı ilə təchiz olunub, 3900-dən artıq xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunur.

Qeyd edilib ki, 10 il öncə 12 mərkəzdə 198 süni böyrək aparatı quraşdırılmış və 1200 nəfər xəstəyə xidmət göstərilirdi. Hazırda Azərbaycanda böyrək köçürülməsi əməliyyatı olunmuş 1000-ə yaxın insan var və dövlət onların dərman təminatını öz üzərinə götürüb. Cari ildə dövlət hesabına 34 nəfərə böyrək köçürülməsi əməliyyatı aparılıb.

Azvision.az



Teqlər: Böyrək   Əməliyyat  





Xəbər lenti