Bu il 43 ton qan tədarük olunub

Bu il 43 ton qan tədarük olunub
  30 Dekabr 2019    Oxunub:2945
Əhalinin donorluğa cəlb edilməsi işinin aktivləşdirilməsi nəticəsində tədarük olunan qan və onun komponentlərinin miqdarı ilbəil artırılır.
Azvision.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin geniştərkibli kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, 10 il öncə 19,5 ton qan tədarük edilmişdisə, 2019-cı il ərzində bu rəqəm 43 tondan artıq olub. Belə ki, yalnız Aşura günü ərzində 5809 nəfər insandan qan götürülüb və 2614 litr qan tədarük edilib.

Hazırda tibb müəssisələrinin və xəstələrin “təhlükəsiz” donor qanına və onun komponentlərinə olan ehtiyacı tam ödənilir.

Azvision.az


Teqlər: Qan   Donor  





Xəbər lenti