Səhiyyə Nazirliyi: 297 nəfərdə sifilis xəstəliyi aşkarlanıb

    Səhiyyə Nazirliyi: 297 nəfərdə sifilis xəstəliyi aşkarlanıb
  30 Dekabr 2019    Oxunub:2273
Azərbaycanda talassemiyalı xəstə uşaqların doğulmasının qarşısı alınması istiqamətində konkret addımlar atılır.
Azvision.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin geniştərkibli kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, il ərzində 126 mindən çox insanın qan nümunəsi müayinə olunub. Onların arasında 3393 talassemiya daşıyıcısı, 135 qazanılmış immun çatışmazlığı sindromu, 297 sifilis xəstəliyi aşkar edilib.

Müayinə olunanların arasında talassemiyalı 55 cütlük aşkar edilib. Bu cütlüklərdən hamilə qalmış qadınların hər birindən götürülmüş döl materialının müayinəsi aparılıb ki, nəticədə 19 sağlam, 31 daşıyıcı, 15 xəstə döl aşkarlanıb. Ümumilikdə, xəstəlik müəyyən edilən 15 halda hamiləliyin pozulması qadınlara məsləhət görülüb və həyata keçirilib.

Azvision.az



Teqlər: Səhiyyə-Nazirliyi  





Xəbər lenti