Azərbaycanda 89 sümük iliyi transplantasiyası aparılıb

  Azərbaycanda 89 sümük iliyi transplantasiyası aparılıb
  30 Dekabr 2019    Oxunub:2335
2019-cu ildə dövlət hesabına 915 nəfərə kardiocərrahiyyə əməliyyatı icra olunub ki, onlardan 263-ü uşaqlardır.
Azvision.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin geniştərkibli kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, 2019-cu il ərzində 2075 xəstəyə angioqrafiya müayinəsi aparılıb və onlardan 680 nəfərə angioplastika əməliyyatı icra edilib. Səhiyyə Nazirliyinin maliyyə dəstəyi ilə son illərdə 110 uşağa uğurla koxlear implantasiya əməliyyatı aparılıb. 10 il öncə cəmi 7 nəfərə endoprotezləşmə əməliyyatı aparıldığı halda, cari ildə bu əməliyyatların sayı 119-a bərabərdir.

Son illər Respublika Talassemiya Mərkəzində irsi qan xəstəliklərinin radikal müalicə üsulu olan sümük iliyinin transplantasiyası əməliyyatı uğurla həyata keçirilir. Ümumilikdə 89 sümük iliyi transplantasiyası aparılıb, onlardan 13 nəfər kəskin leykoz, 6 nəfər aplastik anemiya, digər 70 nəfər isə böyük beta-talassemiya xəstəsi olub.

Azvision.az


Teqlər: Sümükiliyi   Əməliyyat  





Xəbər lenti