Şəkidə polislər aztəminatlı ailələri sevindirdi

Şəkidə polislər aztəminatlı ailələri sevindirdi
  30 Dekabr 2019    Oxunub:1718
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə torpaqlarımızın müdafiəsi uğrunda canından keçmiş şəhid ailələrinə, eləcə də aztəminatlı ailələrə bayram sovqatları paylanılıb.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar həmin ailələrə təqdim olunub, qarşıdan gələn bayram münasibətilə onları təbrik ediblər.



Bu təşəbbüs vətəndaşlar tərəfindən də böyük sevinclə qarşılanıb, onlar göstərilən bu diqqət və qayğıya görə, polis əməkdaşlarına öz minnətdarlıqlarını bildiriblər.




Azvision.az


Teqlər: DİN  





Xəbər lenti