Bu gün 6500 sərnişin avtovağzaldan yola salınıb

Bu gün 6500 sərnişin avtovağzaldan yola salınıb
  30 Dekabr 2019    Oxunub:2109
27, 28 və 29 dekabr tarixlərində ümumilikdə 37 min 800 sərnişin şəhərlərarası və beynəlxalq istiqamətlərə səfər edib.
Bu barədə Azvision.az -a Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova məlumat verib. O bildirib ki, bu dəqiqələrə olan statistikaya əsasən, bu gün 6 min 500 sərnişin avtovağzaldan yola salınıb.

"Bakı Beynəlxalq Avtovağzal Kompleksi 5 yanvar tarixinədək gücləndirilmiş iş rejimində çalışacaq. Sərnişinlər sorğu və ya şikayətlərlə bağlı (012) 406-01-58/59 nömrəli "Məlumat Mərkəzi" nə zəng edə və ya Bakı Beynəlxalq Avtovağzal Kompleksinin "Facebook" səhifəsinə yazıb göndərə bilərlər".

Azvision.az


Teqlər: BBAK  





Xəbər lenti