Putin və Merkel telefonla danışıqlar aparıb

  30 Dekabr 2019    Oxunub : 1151
Putin və Merkel telefonla danışıqlar aparıb
Rusiya Prezidenti Vladimir Putinlə Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.
Azvision.az Kremlin saytına istinadən xəbər verir ki, liderlər “Şimal axını-2”, Liviya və Suriyadakı vəziyyət, Donbasda girovların mübadiləsinə dair məsələləri müzakirə ediblər.

Putin və Merkel “Şimal axını-2” layihəsinə gələcəkdə dəstəklərini bir daha təsdiqləyiblər. Gələn ilin yanvarından Rusiya qazının Ukrayna ərazisindən tranziti ilə bağlı danışıqlarda irəliləyiş olduğunu qeyd ediblər.

Liderlər Suriya və Liviyadakı vəziyyəti, həmçinin Almaniya və BMT-nin vasitəçiliyini müzakirə ediblər, böhranın həlli üçün səyləri artırmağı razılaşdırıblar.

Bundan əlavə, Putin və Merkel Donbasda məhbusların mübadiləsini müsbət qiymətləndiriblər.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Putin   Merkel   Kreml