Putinlə Tramp arasında telefon danışığı olub

Putinlə Tramp arasında telefon danışığı olub
  30 Dekabr 2019    Oxunub:1983
Rusiya Prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, telefon danışığı Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub.

Putin Trampa xüsusi xidmət orqanlarının xətti ilə Rusiyaya verilən informasiyalara görə təşəkkürünü bildirib. Qeyd olunub ki, daxil olmuş məlumatlar terror aktlarının qarşısını almağa kömək edib.

Bundan əlavə, prezidentlər iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Azvision.az



Teqlər: Putin   Tramp  





Xəbər lenti