Vilayət Eyvazov əsgər və zabitlərlə görüşüb
Hərbi hissələrin sıra meydanlarında düzülmüş hərbi qulluqçuların və əsgərlərin qarşısında çıxış edən general-polkovnik V. Eyvazov ulu öndərin əsasını qoyduğu inkişaf və tərəqqi strategiyasının Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi nəticəsində ölkəmizin iqtisadi qüdrətinin, müdafiə potensialının artdığını, beynəlxalq mövqelərinin möhkəmləndiyini bildirib.
O, dövlət başçısının ümumən ordu quruculuğuna, o cümlədən Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsinə, maddi-texniki təminatına, iş və məişət şəraitinin daha da yaxşılaşdırılmasına daim xüsusi diqqət göstərdiyini vurğulayıb, Qoşunların bütün hərbi hissələrində geniş abadlıq və quruculuq işlərinin aparıldığını, müxtəlif təyinatlı obyektlərin, o cümlədən yeni hərbi şəhərciklərin, əsgər kazarmalarının tikildiyini, zabitlər, gizirlər üçün hər bir şəraitə malik yaşayış komplekslərinin istifadəyə verildiyini nəzərə çatdırıb.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə əsgər və zabitləri təbrik edən nazir bildirib ki, Daxili Qoşunların şəxsi heyəti bundan sonra da ölkədə sabitliyin, əmin-amanlığın etibarlı qorunmasına, cinayətkarlıqla qətiyyətli mübarizə işinə öz töhfəsini verəcək, qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirəcək, göstərilən ali diqqət və böyük etimadı xalqına, Vətəninə, dövlətinə və Prezidentinə sədaqətli xidməti ilə doğruldacaq.
Təbirlərin sonunda hərbi hissələrin şəxsi heyətləri təntənəli marşın sədaları altında tribuna önündən keçiblər.
Azvision.az
Teqlər: DİN Vilayət-Eyvazov