“ASAN xidmət” işçilərinin peşə bayramı qeyd olunub - VİDEO+FOTOLAR

 “ASAN xidmət” işçilərinin peşə bayramı qeyd olunub -  VİDEO+FOTOLAR
  29 Dekabr 2019    Oxunub:7993
29 dekabr - “ASAN xidmət” işçilərinin peşə bayramı günü münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin kollektivi Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.
Azvision.az xəbər verir ki, Ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.



Sonra Şəhidlər xiyabanında ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Dövlət Agentliyində keçirilən tədbirdə Agentliyin sədri Ülvi Mehdiyev çıxış edərək əməkdaşları peşə bayramı günü münasibətilə təbrik edib. Sonda xidməti fəaliyyətində fərqlənən əməkdaşlara təşəkkürnamələr təqdim olunub.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə dekabrın 29-u Azərbaycan Respublikasında “ASAN xidmət” işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

















Azvision.az



Teqlər: ASAN-Xidmət  





Xəbər lenti