Turizm Agentliyinin tabeliyində olan qoruqlarla bağlı elan

Turizm Agentliyinin tabeliyində olan qoruqlarla bağlı elan
  28 Dekabr 2019    Oxunub:2360
Dövlət Turizm Agentliyi (DTA) 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə qoruqların iş günlərini açıqlayıb.
Agentlikdən Azvision.az -a verilən məlumata görə, 31 dekabr 2019-cu il və 1 yanvar 2020-ci il tarixlərinin qeyri-iş günü hesab olunması ilə əlaqədar DTA-nın tabeliyində olan qoruqlar 2 yanvardan etibarən ziyarətçi qəbul edəcək.

Bunlar “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq, “Basqal” Dövlət Tarix-Mədəniyyət, “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya, “Lahıc” Dövlət Tarix-Mədəniyyət, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq və “Kiş” Tarix-Memarlıq qoruqlarıdır.

Azvision.az



Teqlər: Turizm   Agentlik  





Xəbər lenti