Rusiyanın ən varlı qadını axtarışa verildi

 Rusiyanın ən varlı qadını axtarışa verildi
  28 Dekabr 2019    Oxunub:3540
"Inteco Management" şirkətinin prezidenti Yelena Baturina beynəlxalq axtarışa verilib.
Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Baturina böhtan iddiası ilə axtarışdadır.

Moskvanın keçmiş meri Yuri Lujkovun həyat yoldaşının nümayəndəsi onun axtarışa verilməsini milyarder Mixail Fridmanın strukturlarının fəaliyyəti ilə əlaqələndirib.

Yelena Baturinaya qarşı iddianı onun qardaşı, “İnteko” şirkətinin keçmiş vitse-prezidenti Viktor Baturinanın iflas işinin maliyyə meneceri Erensen Manjeev qaldırıb. Xanım Baturinanın sözçüsü Gennadi Terebkov bunun "Inteco Management" şirkətinin prezidentinə qarşı növbəti hücum olduğunu deyib.

"Hakim əvvəllər xanım Baturinanın qardaşının böhtan iddiası üzrə məhkəmə iclaslarında dəfələrlə iştirak etmiş vəkillərinin məhkəmədə olmasına, eləcə də vəkillərinin səlahiyyətlərini təsdiqləyən və özü olmadan onların işə baxılmasına icazə verən yazılı bəyanatına məhəl qoymur".

Qeyd edək ki, "Forbes" Moskvanın keçmiş meri Yuri Lujkovun həyat yoldaşı Yelena Baturinanın var-dövlətini 1,2 milyard dollar civarında qiymətləndirir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya   Milyarder  





Xəbər lenti