Sabirabad sakinindən narkotik götürülüb

Sabirabad sakinindən narkotik götürülüb
  28 Dekabr 2019    Oxunub:2814
Külli miqdarda narkotik dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliiyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan Azvision.az -a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Sabirabad Rayon Polis Şöbəsi Qaragüney Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Muğan Gəncəli kənd sakini, əvvəllər məhkum olunmuş 36 yaşlı Qafur Həmzəyev saxlanılıb.

PB-nin əməkdaşları tərəfindən ona məxsus həyətyanı sahəyə baxış keçirilən zaman torpağa basdırılmış şüşə qablarda ümumi çəkisi yarım kiloqramdan artıq olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti