“Terrora qarşı mübarizəmiz qətiyyətlə davam edəcək” - Türkiyə XİN

  28 Dekabr 2019    Oxunub : 1384
“Terrora qarşı mübarizəmiz qətiyyətlə davam edəcək” - Türkiyə XİN
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Somalinin paytaxtı Moqadişoda törədilmiş terror aktı ilə əlaqədar başsağlığı verib.
Azvision.az xəbər verir ki, XİN rəhbəri bu barədə "Tvitter" səhifəsində yazıb.

“Moqadişoda xain terror hücumunda həyatını itirən iki vətəndaşımıza və digər günahsız Somalidən olan qardaşlarımıza Allahdan rəhmət diləyirəm. Biz daima qardaş Somalinin yanında olacağıq. Terrora qarşı mübarizəmiz qətiyyətlə davam edəcəkdir”, - deyə Çavuşoğlu əlavə edib.

Xatırladaq ki, Moqadişoda bomba yüklü avtomobilin partladılması nəticəsində ölənlərin sayı 90 nəfərə çatıb. Daha əvvəl xarici mətbuat 4 Türkiyə vətəndaşı olan mühəndisin partlayış nəticəsində həlak olduğunu yazmışdı.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Türkiyə   Çavuşoğlu