DİN: Mehman Hüseynovun dedikləri tamamilə əsassızdır

 DİN:  Mehman Hüseynovun dedikləri tamamilə əsassızdır
  28 Dekabr 2019    Oxunub:3393
Daxili İşlər Nazirliyi (DİN) bloqer Mehman Hüseynovun polis tərəfindən saxlanılması və döyülməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Azvision.az -ın məlumatına görə, nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-ya açıqlamasında deyib ki, M. Hüseynovun polis tərəfindən döyülməsi barədə səsləndirdiyi iddialar tamamilə əsassızdır:
“Dünən gecə saat 22 radələrindən başlayaraq Mehman Hüseynov və onun bir qrup tərəfdarı paytaxtın mərkəzində, Fəvvarələr meydanı ətrafında məhkəmənin qərarı ilə həbs edilmiş Pərviz Quluzadənin həbsdən azad olunması ilə bağlı şüarlar səsləndirib və ictimai asayişi pozmağa yönəlik hərəkətlər ediblər. Polisin qanuni çağırışına məhəl qoymadıqları üçün Mehman Hüseynov və ətrafındakılar ərazidən uzaqlaşdırılıblar. Lakin onun polis tərəfindən döyülməsi barədə dedikləri tamamilə əsassızdır. Əgər Mehman Hüseynovu sonradan kimsə döyübsə, onun bu barədə hüquq-mühafizə orqanlarına müraciət etmək hüququ var. Müraciət edərsə, bu, araşdırılacaq”.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti