Qazaxıstanın əsas bayrağı endirildi

  28 Dekabr 2019    Oxunub : 1520
Qazaxıstanın əsas bayrağı endirildi
Qazaxıstanda matəmlə əlaqədar paytaxt Nur-Sultan şəhərinin mərkəzindəki əsas dövlət bayrağı endirilib.
Azvision.az xəbər verir ki, bu barədə “Kazinform” məlumat yayıb.

Ölkənin ən böyük bayrağı “Atameken” etno-memorial kompleksinin ərazisində yerləşir. Bayraq ilk dəfə 10 il əvvəl paytaxt gününün qeyd olunması ilə bağlı qaldırılıb.

Qeyd edək ki, dünən Almatıda 15 nəfərin ölümü, 66 nəfərin yaralanması ilə nəticələnən təyyarə qəzası baş verib. Hadisə ilə əlaqədar dekabrın 28-i Qazaxıstanda milli matəm günü elan edilib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Qazaxıstan   Matəm