Naxçıvan 64 şəhər və rayonu geridə qoydu

  27 Dekabr 2019    Oxunub : 1872
Naxçıvan 64 şəhər və rayonu geridə qoydu
2020-ci il Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsi üzrə şəhər və rayon büdcələrinin yerli gəlirləri 38 milyon 903 min 200 manat, xərcləri 41 milyon 453 min 100 manat, dotasiyası 2 milyon 549 min 900 manat məbləğində proqnozlaşdırılıb.
Azvision.az xəbər verir ki, ötən illərdə olduğu kimi, növbəti ildə də ŞahbuzSədərək rayonları istisna olmaqla, digər şəhər və rayon büdcələri dotasiyasız
planlaşdırılıb.

Naxçıvan şəhər büdcəsinin gəlirləri xərclərinə bərabər olmaqla, 22 milyon 906 min manat, Şərur rayon büdcəsinin gəlirləri xərclərinə bərabər olmaqla, 4 milyon 478 min 300 manat, Babək rayon büdcəsinin gəlirləri xərclərinə bərabər olmaqla, 2 milyon 963 min manat, Ordubad rayon büdcəsinin gəlirləri xərclərinə bərabər olmaqla, 2 milyon 958 min 400 manat, Culfa rayon büdcəsinin gəlirləri xərclərinə bərabər olmaqla, 2 milyon 316 min 300 manat, Kəngərli rayon büdcəsinin gəlirləri xərclərinə bərabər olmaqla, 1 milyon 695 min 300 manat, Şahbuz rayon büdcəsinin gəlirləri 1 milyon 199 min 500 manat, xərcləri 2 milyon 939 min 400 manat, dotasiyası 1 milyon 739 min 900 manat, Sədərək rayon büdcəsinin gəlirləri 386 min 400 manat, xərcləri 1 milyon 196 min 400 manat, dotasiyası 810 min manat məbləğində proqnozlaşdırılıb.

Yerli büdcənin gəlirlərinin həcminə görə Naxçıvan şəhəri ölkə üzrə 9-cu sırada olub, 64 şəhər və rayondan yüksək göstəricilərə malikdir. Naxçıvan şəhəri digər əhəmiyyətli göstərici olan adambaşına düşən büdcə gəlirləri üzrə də 244 manatla ölkənin şəhər və rayonları arasında 5-ci sıradadır. Muxtar respublikanın rayonlarının yerli xərcləri də ölkə üzrə göstəricilərdən kifayət qədər aşağı hədlərdədir. Belə ki, ölkənin 73 rayonu üzrə yerli xərclərin ən aşağı 10 göstəricisindən 6-sı muxtar respublikanın yerli büdcələridir.

Azvision.az

Teqlər: Naxçıvan   Büdcə