“Bek Air” təyyarə qəzası ilə bağlı açıqlama yaydı

 “Bek Air” təyyarə qəzası ilə bağlı açıqlama yaydı
  27 Dekabr 2019    Oxunub:3253
Qazaxıstanın “Bek Air” aviaşirkətinin nümayəndəsi Kazıbek Berdicapparov Almatıdakı təyyarə qəzası ilə bağlı açıqlama verib.
Azvision.az “Kazinform”a istinadən xəbər verir ki, şirkət nümayəndəsi Almatı-Nur-Sultan istiqamətində mütəmadi reyslərin həyata keçirildiyini deyib. Onun sözlərinə görə, qeydiyyat uçuşdan 1,5 saat əvvəl başlayıb və təyyarə gecikmədən, vaxtında havaya qalxıb.

“Qəzanın texniki səbəblərlə bağlı olmasına dair hələ heç nə deyə bilmərəm. Bununla bağlı araşdırmanı başqa xidmət aparır. Bu, müntəzəm, gündəlik uçuşdur", - deyə “Bek Air”in nümayəndəsi əlavə edib.

O, aviaşirkətin bütün ölkə üzrə hava reyslərinin ləğv olunduğunu, hazırda biletlərin geri qaytarıldığını vurğulayıb: “Bu, ilk hadisədir. Bizim 8 təyyarəmiz var. Pilot təcrübəlidır. Biz onun işini yüksək qiymətlkəndiririk, üstəlik onun ilk uçuşu deyil".

Xatırladaq ki, bu gün səhər saatlarında Almatı-Nur-Sultan istiqamətində uçan təyyarə qəzaya uğrayıb. Hadisə nəticəsində 15 nəfər həlak olub, 66 nəfər xəsarət alıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Qazaxıstan   Təyyarə   Qəza  





Xəbər lenti