Putindən Koçaryana Yeni il təbriki

Putindən Koçaryana Yeni il təbriki
  26 Dekabr 2019    Oxunub:2828
Rusiya Prezidenti Vladimir Putin Ermənistanın həbsdə olan sabiq rəhbəri Robert Koçaryana təbrik məktubu göndərib.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, Putin keçmiş həmkarını Milad və Yeni il bayramı münasibətilə təbrik edib.

Məktubda deyilir: "Rusiya dövlətlərimiz arasında dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın inkişafındakı töhfənizi yüksək qiymətləndirir".

Putin, həmçinin Koçaryana möhkəm cansağlığı, dözüm və nikbinlik arzulayıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Putin   Koçaryan  





Xəbər lenti