Halsız vəziyyətdə olan vətəndaş xilas edilib

Halsız vəziyyətdə olan vətəndaş xilas edilib
  26 Dekabr 2019    Oxunub:2519
Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az



Teqlər: FHN   Mənzil   Kömək  





Xəbər lenti