Paytaxtda ikimərtəbəli tikili yanıb

Paytaxtda ikimərtəbəli tikili yanıb
  26 Dekabr 2019    Oxunub:2205
Bakı şəhərinin Xəzər rayonunda yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 5850 m² olan ikimərtəbəli tikilinin (fəaliyyət göstərmir) yanar konstruksiyaları 580 m² sahədə, dam örtüyünün taxta atmaları 100 m² sahədə və zirzəmisi 20 m² sahədə yanıb.

Tikilinin qalan hissəsi və bitişik tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti