Bakı polisindən vətəndaşın döyülməsi ilə bağlı iddialara cavab

 Bakı polisindən vətəndaşın döyülməsi ilə bağlı iddialara cavab
  26 Dekabr 2019    Oxunub:2977
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) paytaxtda polis əməkdaşlarının vətəndaşı döyməsi ilə bağlı iddialara aydınlıq gətirib.
İdarənin Mətbuat Xidmətindən Azvision.az -a verilən bildirilib ki, polislərin vətəndaşı təhqir etməsi, yaxud fiziki təzyiq göstərməsi ilə bağlı iddialar əsassızdır:

"Videogörüntüdən də aydın görünür ki, polislərin hər hansı qeyri-etik hərəkətləri müşahidə olunmur. Polisin vəzifəsi ictimai qaydanı və ictimai təhlükəsizliyi qorumaqdır. Polis əraziyə çağırış üzrə yaxınlaşaraq mübahisə tərəflərindən birini ərazidən uzaqlaşdırır. Faktla bağlı müvafiq araşdırmalar davam etdirilir".

Məlumata görə, hadisə dekabrın 24-də 18:40 radələrində paytaxtın Yasamal rayon ərazisində qeydə alınıb. Mübahisə sürücü S.Dursunovla ərazidə nəqliyyat duracağının nəzarətçisi S.Əzimov arasında baş verib. Tərəflər arasında yaranan mübahisənin qarşısını almaq üçün ərazidə xidmət aparan Çevik Polis Alayının əməkdaşları onları müvafiq olaraq Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə təhvil verib. Tərəflər şöbədə dinlənilib, onların izahatı alınıb. Mübahisənin tərəflərinə aralarında baş verən narazılığın əsassız olaraq baş verdiyini bildirməklə orada barışaraq şöbədən sərbəst buraxılıb.

Qeyd edilib ki, mübahisə zamanı tərəflərdən heç birinin yanında azyaşlı övladı olmayıb.

Azvision.az



Teqlər: Polis  





Xəbər lenti