Prezidentin ev verdiyi Milli Qəhrəman: “Bu günü çoxdan gözləyirdim”

   Prezidentin ev verdiyi Milli Qəhrəman:    “Bu günü çoxdan gözləyirdim”
  25 Dekabr 2019    Oxunub:6639
“Neçə illər idi ki, mənə ev verilməsini gözləyirdim. Dünən arzuma çatdım. Ölkə başçısı özünün ad günündə bizi sevindirdi”

Bunu Azvision.az -a açıqlamasında ötən gün mənzillə təmin olunan Milli Qəhrəman Sahil Məmmədov deyib. O bildirib ki, ev alacağı barədə xəbəri eşidəndə çox sevinib.
“Prezidentimizə minnətdaram, Yeni il ərəfəsində mənim kimi neçə ailəni sevindirdi. Son dövrlər ölkə başçısı tərəfindən sosial müdafiə məsələlərinə geniş yer ayrılır. Təqaüdlər, maaşlar artırılır. İnsanların sosial rifahının yüksəldilməsi üçün ciddi işlər görülür. Ölkəmizdə yeni iş yerləri açılır, iqtisadi imkanlarımız getdikcə artır. Bütün bunlar sevindirici haldır. Neçə illər idi ki, ev verilməsini gözləyirdim. Məndə ev məsələsi bir qədər qəliz idi. Amma ümidli idim. Dekabrın 23-də axşam saatlarında zəng edib dedilər ki, gəlin, Prezident sizə ev verəcək. Çox sevindim. Bu günü çoxdan gözləyirdim”.

Qeyd edək ki, dekabrın 24-də Bakının Nizami rayonunda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa olunan yaşayış binasında mənzillərin, həmçinin Qarabağ müharibəsi əlillərinə və onlara bərabər tutulan şəxslərə avtomobillərin təqdim olunması mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Mənzilə təmin olunan Qarabağ müharibəsi əlillərindən biri Milli Qəhrəman Sahil Məmmədov olub.

Şahan Rəhimli
Azvision.az


Teqlər: Milli-Qəhrəman   Ev  





Xəbər lenti