İrandan narkotik gətirən qadın saxlanılıb - FOTO

İrandan narkotik gətirən qadın saxlanılıb -    FOTO
  25 Dekabr 2019    Oxunub:2668
Narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı Xətai Rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsi və 36-cı polis bölməsi əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri keçirilib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a bildirilib ki, əldə edilən əməliyyat məlumatı əsasında paytaxt sakini İlhamə Kərimova metronun Həzi Aslanov stansiyasının yaxınlığında polislər tərəfindən saxlanılıb. Onun üzərinə baxış zamanı ümumi çəkisi 333,296 qram olan narkotik vasitə - tiryək aşkarlanaraq götürülüb.

Araşdırma zamanı İlhamə Kərimova narkotik vasitəni bir müddət əvvəl İrandan Azərbaycana bədəninin daxilində və ayaqqabısının dabanında gizlədərək gətirdiyini etiraf edib.

Faktla bağlı saxlanılan şəxs barəsində Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, əməliyyat tədbirləri davam etdirilir.

Azvision.az


Teqlər: Narkotik   Qadın  





Xəbər lenti