Xəzərin çirklənməsi problemləri müzakirə edilib
ETSN-nin ətraf mühitin və təbii sərvətlərin tənzimlənməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov jurnalistlərə açıqlamasında bildirib ki, müzakirələrdə nazirliyin mütəxəssisləri tərəfindən Xəzərin çirklənməsinin qarşısının alınması yolları göstərilib, tətbiq olunan müasir texnologiyalar nümayiş etdirilib.
"Müasir tələblərə cavab verən təmizləyici qurğuların tətbiqi olmadan çirklənmənin qarşısının alınmasının mümkünsüzlüyü diqqətə çatdırılıb. Eyni zamanda, Xəzərin ekomühitinin mühafizəsi üçün qarşılıqlı əməkdaşlığın qurulmasında, müəssisə və təşkilatların üzləşdikləri çətinliklərin aradan qaldırılmasında Nazirliyin maraqlı olduğu qeyd edilib".
Nazirlik rəsmisinin sözlərinə görə, Xəzəri çirkləndirən obyekt, müəssisə və şirkətlərə fəaliyyətlərini qanunvericilik prinsipləri əsasında qurmaları üçün bir daha təkliflər və tövsiyələr verilib. Sonra görüş iştirakçılarının çıxışları, müraciətləri, təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Azvision.az