Naxçıvanda qanunsuz yaşayan 34 əcnəbi aşkarlanıb

   Naxçıvanda qanunsuz yaşayan 34 əcnəbi aşkarlanıb
  25 Dekabr 2019    Oxunub:2187
Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, habelə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 34 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barələrində müvafiq tədbirlər görülüb.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti məlumat yayıb.

Qeyd olunub ki, ötən ay Dövlət Miqrasiya Xidmətinə, ümumilikdə, 719 müraciət daxil olub. Daxil olan müraciətlərdən 155-i əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazələrin verilməsi və yenidən rəsmiləşdirilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi, müvəqqətiolma müddətinin uzadılması, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azəbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılmış, müvafiq qərarlar qəbul edilib. Həmçinin olduğu yer üzrə qeydiyyatla bağlı 564 müraciət qeydə alınaraq icrası təmin olunub, həmin müraciətlərdən 249-u elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib.

Azvision.az


Teqlər: Naxçıvan   Miqrasiya  





Xəbər lenti