“Həm DOST, həm də “ASAN xidmət” bizim intellektual məhsulumuzdur” - Prezident

 “Həm DOST, həm də “ASAN xidmət” bizim intellektual məhsulumuzdur” -    Prezident
  24 Dekabr 2019    Oxunub:3376
DOST mərkəzlərinin yaradılması bizim sosial siyasətimizin mahiyyətini göstərir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Xəzər rayonunda yerləşən 2 saylı DOST mərkəzinin açılışı mərasimində deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan vətəndaşının sosial təminatı, rifah halı və rahatlığı prioritet məsələdir: "Təsadüfi deyil ki, son illərdə bu sahədə çox böyük işlər görülüb. Həm DOST, həm də “ASAN xidmət” mərkəzləri bizim intellektual məhsulumuzdur. İndi “ASAN xidmət” öz intellektual məhsulunu ixrac edir, artıq bir neçə ölkədə bu layihələr icra olunur. Ümid edirəm ki, gələcəkdə DOST xidmətinin də fəaliyyəti başqa ölkələrdə maraq doğuracaq və təcrübə mübadiləsi üçün bizə müraciətlər daxil olacaq.

Digər önəmli məsələ ondan ibarətdir ki, bir binada 130-dan çox xidmət göstərilir. Əminəm ki, buraya müraciət edən və edəcək bütün vətəndaşlar bu xidmətdən razı qalacaqlar. Birinci mərkəzin açılışından sonra DOST mərkəzinə cəmi 6 ay ərzində 60 mindən çox müraciət olmuşdur və vətəndaşların məmnunluq əmsalı çox yüksəkdir.

Bu, onu göstərir ki, həm bütün proses çox düzgün təşkil edilib və həm də bu mərkəzlər məhz innovativ əsaslarla fəaliyyət göstərir. Digər tərəfdən, birinci DOST mərkəzində çalışan işçilər və könüllülər vətəndaşlara çox gözəl xidmət göstərirlər. Bu da məni çox sevindirir. Çünki biz ictimai xidmətlər sahəsində yeni davranış qaydaları tətbiq edirik və xidmət mədənidir, çox dəqiqdir. Əminəm ki, DOST mərkəzinə müraciət edən hər bir şəxs buradan razı qayıdır".

Azvision.az


Teqlər: İlham-Əliyev   Prezident   DOST  





Xəbər lenti