42 yaşlı poçtalyon yorğunluqdan ölüb

42 yaşlı poçtalyon yorğunluqdan ölüb
  24 Dekabr 2019    Oxunub:2823
Böyük Britaniyada poçtalyon yorğunluqdan ölüb.
Azvision.az xarici mətbuata istinadla xəbər verir ki, 42 yaşlı Pol Kraş Esseks şəhərində məktubları və Milad hədiyyələrini ünvana çatdırarkən yorğunluqdan dünyasını dəyişib.

Paul Kraş poçt şirkətində çalışıb. Milad bayramında hər gün çatdırılmalı olan məktub və bağlamaların sayı 100-dən 240-a qədər artıb. Bu rejimdə o, bir neçə həftə işləməli olub.

Poçtalyon 12 saatlıq iş günündən sonra ofisə qayıdıb və səhhətindən şikayət edib. Bir saatdan sonra səhhəti pisləşib və infarkt keçirərək vəfat edib.

"Bu, onun problemi idi. O, işləməkdən heç vaxt imtina etməyən bir adam idi", - deyə şirkət işçiləri bildiriblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Poçtalyan   Britaniya  





Xəbər lenti