Doqquz evdən oğurluq edənlər tutulub

Doqquz evdən oğurluq edənlər tutulub
  24 Dekabr 2019    Oxunub:2943
Kriminalistik Tədqiqatlar İdarəsi, Suraxanı RPİ 30-cu PŞ və Xəzər RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 3 evdən pul, qızıl-zinət əşyaları və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.İbrahimov saxlanılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulan A.Əliyevin ətrafında Xəzər RPİ 3-cü PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 6 evdən pul, inşaat materialları, qızıl-zinət və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Azvision.az


Teqlər: DIN  





Xəbər lenti