Tovuzda dağlıq ərazi yanır

Tovuzda dağlıq ərazi yanır
  24 Dekabr 2019    Oxunub:3202
Tovuz rayonunda dağlıq ərazidə yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Azvision.az -a bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə, Tovuz rayonunun Şıxheybət kəndində, dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Yanğının söndürülməsi işlərinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb edilib.

İlkin məlumata əsasən mürəkkəb relyefli dağlıq ərazidə 8 ha sahədə xəzəl yanır. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti