Sabiq vitse-spiker: “Paşinyan Sarkisyandan qorxur”

  Sabiq vitse-spiker:  “Paşinyan Sarkisyandan qorxur”
  24 Dekabr 2019    Oxunub:2264
Ermənistanın sabiq prezidenti Serj Sarkisyana qarşı qaldırılan cinayət işi və ittihamlar tamamilə uydurmadır.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın Respublika Partiyasının mətbuat katibi, parlamentin sabiq vitse-spikeri Eduard Şarmazanov deyib. O bildirib ki, Sarkisyana qarşı ittihamlar partiyaya və onun liderinə yönəlmiş siyasi sifarişdir:

“Hələ 2018-ci ilin mayında dedim ki, bu gündən etibarən heç kim həbslərdən, uydurma cinayət işlərindən sığortalanmayıb”.

Şarmazanov hesab edir ki, bugünkü proseslər Paşinyanın qorxusunu bir daha təsdiqləyir. Sabiq vitse-prezident Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyanın və Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryanın qalmaqallı telefon danışıqlarını xatırladıb. Söhbətdə Vanetsyanın Koçaryanın cinayət işindən danışdığını və hakimə "istəsən də, istəməsən də, sən onu həbs etməlisən" dediyini yada salıb.

Şarmazanov, eyni zamanda, Ermənistanın baş naziri Nikol Paşinyanın "itaətsizlik etməyə cəsarət edən bir hakim varmı" sözlərini də çıxışına əlavə edib və Sarkisyana qarşı ittihamların saxta olduğunu vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Sarkisyan   Paşinyan  





Xəbər lenti