Rusiyada “Su-57” qırıcısı qəzaya uğrayıb

Rusiyada “Su-57” qırıcısı qəzaya uğrayıb
  24 Dekabr 2019    Oxunub:2444
Rusiyanın Xabarovsk əyalətində “Su-57” tipli qırıcı təyyarə qəzaya uğrayıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə sınaq uçuşları zamanı baş verib. Pilot katapult edib, onu Mi-8 helikopteri götürüb, vəziyyəti barədə hələlik məlumat yoxdur. "Qara qutu"nun axtarışları davam edir. Hadisənin əsas səbəbi kimi nasazlıq və pilot səhvi versiyaları irəli sürülüb.

Qeyd edək ki, "Su-57" beşinci nəsil çoxfunksiyalı bir qırıcıdır, bütün növ hava, yer və yerüstü hədəfləri məhv etmək üçün hazırlanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Qırıcı   Qəza  





Xəbər lenti