“Misir Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir” - Səfir

 “Misir Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir” -    Səfir
  24 Dekabr 2019    Oxunub:2449
Misir Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Misir və Azərbaycan arasındakı münasibətlər çox yaxşı səviyyədədir.
Azvision.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Misirin Azərbaycandakı səfiri Adel İbrahim Ahmed İbrahim bildirib.

Səfir müsahibədə xarici mətbuatda qondarma Dağlıq-Qarabağ “rəsmisi”nin Şarm-Əl-Şeyxin qubernatoru ilə görüşməsi məsələsinə toxunub. Bu görüşün rəsmi görüş kimi qəbul olunmadığını bildirən səfir qeyd edib ki, qarşı tərəf özünü Dağlıq Qarabağın deyil, Ermənistanın nümayəndəsi kimi təqdim edib. Səfər turistik xarakter daşıyıb, heç bir rəsmi səfərdən söhbət getmir.

Səfir vurğulayıb ki, Misir dövləti üçün Dağlıq Qarabağ işğal edilmiş bir ərazidir. “Biz bu münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”, - deyə o əlavə edib.

Azvision.az



Teqlər: Misir   Səfir  





Xəbər lenti