Magistral su kəmərində qəza baş verib

Magistral su kəmərində qəza baş verib
  24 Dekabr 2019    Oxunub:2386
Ceyranbatan-Binəqədi magistral kəmərlərinin birində baş vermiş qəza ilə əlaqədar Abşeron (Ceyranbatan, Saray, Masazır qəsəbələrinin bir hissəsi) və Binəqədi (Binəqədi və Biləcəri qəsəbələrinin bir hissəsi) rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsi dayandırılıb.
Bu barədə Azvision.az -a "Azərsu" ASC-dən məlumat verilib.

Bildirilib ki, hazırda ASC-nin mütəxəssisləri və qəza briqadaları hadisə yerindədir, qəzanın aradan qaldırılması üçün lazımi tədbirlər görülür.

Azvision.az



Teqlər: Azərsu  





Xəbər lenti