Ölkə üzrə ən aktiv və ən passiv seçki dairələri

  23 Dekabr 2019    Oxunub : 1951
 Ölkə üzrə ən aktiv və ən passiv seçki dairələri
Bu gün Azərbaycanda keçirilən bələdiyyə seçkilərində seçici fəallığının ən yüksək və ən aşağı olduğu seçki dairələri müəyyənləşib.

Azvision.az xəbər verir ki, saat 19:00-a olan yekun nəticələrə əsasən, ölkə üzrə seçici fəallığının ən yüksək olduğu dairə 1 saylı Şərur-Sədərək Seçki Dairəsidir. Bu seçki dairəsində 38 min 621 seçicidən 16 min 800 nəfəri (43.50 %) səsvermədə iştirak edib.
Seçici fəallığının ən aşağı olduğu dairə 40 saylı Kəpəz İkinci (Gəncə) Seçki Dairəsidir. Bu dairədə 42 min 085 seçicidən 10 min 156 nəfəri (24.13 %) səs verib.

Ümumilikdə, Azərbaycanda bələdiyyə seçkilərində 4 milyon 972 min 356 seçicidən 1 627 064 nəfəri (32.72 %) səsvermə hüququndan istifadə edib.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: MSK   Bələdiyyə   Seçki