Vasif Talıbov səsvermədə iştirak edib- FOTO

Vasif Talıbov səsvermədə iştirak edib-    FOTO
  23 Dekabr 2019    Oxunub:3728
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov 4 saylı Naxçıvan şəhər seçki dairəsinin Heydər Əliyev adına tam orta məktəbdə yerləşən 4-15 saylı seçki məntəqəsində səs verib.
Azvision.az xəbər verir ki, sonra Ali Məclisin sədri seçki prosesinin gedişi ilə maraqlanıb.

Məlumat verilib ki, Naxçıvan şəhərindəki 4-15 saylı seçki məntəqəsində veb-kameralar quraşdırılıb, müşahidəçilər üçün yerlər ayrılıb. 1490 seçicinin qeydə alındığı məntəqədə fərdi qaydada və siyasi partiyalar tərəfindən namizədliyi irəli sürülən 29 namizəddən 17-si bələdiyyələrə seçiləcəkdir.

Azvision.az


Teqlər: Səsvermə   Naxçıvan   VasifTalıbov  





Xəbər lenti