Naxçıvanda 170 bələdiyyəyə 1452 üzv seçilir

  23 Dekabr 2019    Oxunub : 1550
Naxçıvanda 170 bələdiyyəyə 1452 üzv seçilir
Bu gün keçirilən bələdiyyə seçkilərində Naxçıvan Muxtar Respublikasında 170 bələdiyyəyə 1452 nəfər üzv seçiləcək.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının məlumatında qeyd olunub.

Bildirilib ki, qeydə alınmış namizədlərin ümumi sayı isə 2122 nəfərdir. Bunlardan 535-i ali, 1587-si isə orta təhsillidir. Qadın namizədlərin sayı 306-dır. Seçkilərin demokratik və şəffaf şəkildə keçirilməsi üçün bütün addımlar atılıb.



Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikasında 7 dairə və 316 məntəqə seçki komissiyası fəaliyyət göstərir. Seçicilərin sayı isə 271 524 nəfərdir. Bu ilki bələdiyyə seçkilərində iştirak edən 2122 nəfərdən siyasi partiya mənsubiyyətinə görə 1477-si YAP, 26-sı BAXCP, 81-i BQP, 45-i ASRP, 9-u Ümid, 1-i VHP və 8-i AVP tərəfindən namizdəliyi irəli sürülüb. 475 nəfər isə bitərəfdir.

Azvision.az

Teqlər: Naxçıvan   Seçki