Rövzət Qasımov: “İndiyədək MSK-ya şikayət daxil olmayıb”

 Rövzət Qasımov:  “İndiyədək MSK-ya şikayət daxil olmayıb”
  23 Dekabr 2019    Oxunub:4204
"İndiyə qədər bələdiyyə seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasına hər hansı rəsmi şikayət daxil olmayıb"
Azvision.az -ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov deyib. O bildirib ki, seçkilər rəvan şəkildə davam edir:

“Hələ ki, biz narahatlığın şahidi olmamışıq. Müşahidəçilər də bildirirlər ki, seçki prosesi öz qaydasında davam edir. Qaynar xəttə müraciətlər daxil olur və bu müraciətlər də əsasən namizədlər tərəfindən texniki xarakterli, hansısa məsələlərin aydınlaşdırılması ilə bağlı olur. Mərkəzi Seçki Komissiyasının əməkdaşları dərhal müraciətlərə cavab verir, suallar cavablandırılır və lazımi köməklik göstərilir”.

R.Qasımov qeyd edib ki, seçkilərdə fəallıq əvvəlki illərlə müqayisədə daha yüksəkdir: “Bələdiyyə seçkilərində fəallığı əvvəlcədən proqnozlaşdırmaq çətin olur, ancaq onu deyə bilərəm ki, ötən seçkilərlə müqayisədə fəallıq artıb. Eyni zamanda veb-kameralar vasitəsilə müşahidə fəal şəkildə davam edir”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki  





Xəbər lenti