Kaşıkçı cinayətinə görə 5 nəfər edam olunacaq

Kaşıkçı cinayətinə görə 5 nəfər edam olunacaq
  23 Dekabr 2019    Oxunub:3680
Səudiyyə Ərəbistanında məhkəmə qətlə yetirilən jurnalist Camal Kaşıkçının işi üzrə qərar qəbul edib.

Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, jurnalistin ölümünə görə 5 nəfər edam cəzası alıb. Daha 3 nəfər isə 24 il müddətinə həbs cəzasına məhkum edilib.
Xatırladaq ki, ötən ilin oktyabrın 2-də “The Washington Post” qəzetinin əməkdaşı Camal Kaşıkçı sənəd almaq üçün Səudiyyənin İstanbuldakı baş konsulluğuna müraciət edib. Onunla birgə gedən nişanlısını konsulluğun binasına buraxmayıblar və 5 saatdan sonra deyiblər ki, Camal artıq konsulluqdan gedib. Lakin nişanlısı buna inanmayıb və konsulluğa daxil olduğu andan Camalın yoxa çıxdığını bildirib.

Nəhayət, 18 gündən sonra Səudiyyə Ərəbistanının baş prokuroru Saud əl-Muacib jurnalistin İstanbuldakı konsulluqda yaranmış münaqişə nəticəsində öldüyünü təsdiqləyib.

Rəsmi məlumata əsasən, Camal Kaşıkçı konsulluqda olarkən, onu Səudiyyəyə geri qaytarmağa çalışanlarla arasında münaqişə yaranıb və jurnalistə ölümcül maddənin olduğu iynə vurulub. Daha sonra bədəni hissələrə ayrılaraq konsulluğun binasından çıxarılıb. Lakin indiyədək jurnalistin cəsədinin qalıqlarının harada olduğunu müəyyənləşdirmək mümkün olmayıb. Səudiyyə rəhbərliyi qətldə şübhəli bilinən 21 nəfəri istintaqa cəlb edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Kaşıkçı   Səudiyyə   Qətl  





Xəbər lenti