Salyanda ağır qəza: Ana və oğlu öldü

   Salyanda ağır qəza:    Ana və oğlu öldü
  23 Dekabr 2019    Oxunub:4026
Dekabrın 21-də saat 16 radələrində Salyan şəhəri ərazisində Şirvan şəhər sakini Təranə Hacıyeva idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, nəticədə sürücü və sərnişinləri olan oğlu Ələsgər, qızı Şükriyyə və Salyan şəhər sakini olan qohumu Zenfira Məmmədova xəstəxanaya yerləşdiriliblər.

Z.Məmmədova, T.Hacıyeva və Ələsgər orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti