Ermənistanda restoranda silahlı insident olub - Yaralı var

Ermənistanda restoranda silahlı insident olub -  Yaralı var
  23 Dekabr 2019    Oxunub:2414
Ermənistanın Kotayk bölgəsinin Qoxt kəndində yerləşən restoranda atışma olub.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, hadisəni keçmiş məhkum törədib. Belə ki, 38 yaşlı kənd sakini A.S. doğum gününü qeyd edərkən sərxoş vəziyyətdə atəş açıb. O, daha sonra özünü yaralayıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Qanunsuz silahdan açılan atəş nəticəsində kənd sakini ayağından yaralanıb. Yaralı İrəvandakı xəstəxanalardan birinə yerləşdirilib.

Qeyd edilib ki, cinayət törədən şəxs daha əvvəl soyğunçuluq və xuliqanlıqda ittiham olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Restoran  





Xəbər lenti