3 nəfər köməksiz vəziyyətdə qaldı, 2-si azyaşlıdır

3 nəfər köməksiz vəziyyətdə qaldı, 2-si azyaşlıdır
  23 Dekabr 2019    Oxunub:2735
Bakı şəhərinin Xətai rayonunda 2-si azyaşlı olmaqla 3 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşlara müvafiq köməklik göstərilib.

Azvision.az


Teqlər: FHN  





Xəbər lenti