7 ölkənin MSK nümayəndələri seçkiləri izləyəcək

   7 ölkənin MSK nümayəndələri seçkiləri izləyəcək
  22 Dekabr 2019    Oxunub:2880
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qarşıdan gələn 23 dekabr bələdiyyə seçkilərini müşahidə etmək məqsədilə Azərbaycanda səfərdə olan Moldova, Rumıniya, Belarus, Bolqarıstan, Qazaxıstan, Qırğız və Litva Mərkəzi Seçki Komissiyalarının nümayəndə heyətləri ilə görüşüb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, xarici ölkələrin ali seçki qurumlarının nümayəndə heyətini salamlayan sədr Məzahir Pənahov görüşdən məmnunluğunu ifadə edib. MSK sədri seçki qurumları arasındakı qarşılıqlı faydalı əməkdaşlığın seçki praktikasının təkmilləşməsindəki rolundan danışıb və bildirib ki, bu münasibətlər hər bir ölkədə seçki sisteminin inkişafında əvəzsiz əhəmiyyətə malikdir.

Nümayəndə heyətlərinin üzvləri MSK sədri Məzahir Pənahova səmimi qəbula görə təşəkkürlərini bildirib. Sədr Məzahir Pənahov seçkilərin yüksək səviyyədə hazırlanması, azad, ədalətli və şəffaf keçirilməsi istiqamətində atılmış addımlar və həyata keçirilmiş genişmiqyaslı layihələri qonaqların diqqətinə çatdırıb.

Azvision.az



Teqlər: MSK  





Xəbər lenti