Qusarda traktor dərəyə aşıb, sürücü ölüb

Qusarda traktor dərəyə aşıb, sürücü ölüb
  22 Dekabr 2019    Oxunub:3848
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qusar rayonunun Gican kəndində, dağlıq ərazidə traktorun aşması nəticəsində dərəyə düşən sürücünün meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.
Azvision.az -ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə cəlb olunan Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri 1967-ci il təvəllüdlü Əhmədxanov Zaliddin Sabrullah oğlunun meyitini çətin keçilən ərazidən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az



Teqlər: FHN   Qəza  





Xəbər lenti