Əfqanıstandakı seçkilərin ilkin nəticələri - Əşrəf Qani liderdir

 Əfqanıstandakı seçkilərin ilkin nəticələri -    Əşrəf Qani liderdir
  22 Dekabr 2019    Oxunub:4761
Əfqanıstanda sentyabrın 28-də keçirilmiş prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, Əfqanıstan Müstəqil Seçki Komissiyasının məlumatına görə, hazırkı Prezident Məhəmməd Əşrəf Qani liderdir. O, səslərin 50,64 faizini qazanıb. İkinci yerdə onun rəqibi Abdullah Abdullahdır.
Ümumilikdə ölkə üzrə səsvermədə 2 milyondan az vətəndaş iştirak edib. Çox sayda bülleten etibarsız hesab olunub.

Azvision.az



Teqlər: Əfqanıstan   Əşrəf-Qani  





Xəbər lenti